Ordu.az “National Interest”ə istinadən xəbər verir ki, yeni silahın təyyarə, qanadlı ballistik raketlər kimi böyük hədəflər üçün nəzərdə tutulduğunu ehtimal etmək olar.
Bundan başqa Çin mühəndisləri yeni silah sisteminin üzərində çalışmalarını davam etdirirlər. Onlar həmin sistemin uzaq mənzilli ballistik raketdən müdafiə imkanına malik olmasına çalışırlar.
Onun nəzarət sistemlərini ərsəyə gətirən “Zanq Yiqun” laboratoriyasının tədqiqatçıları bu HHM sisteminin inşasında olduqca əhəmiyyətli rola malikdirlər.
Həmin tədqiqatçıların sözlərinə görə, yeni sistemin əsas özəlliyi daha qabaqcıl texnologiyaya sahib olması və daha uzaq mənzilli hədəflərin öhdəsindən gəlmə qabiliyyətidir.
Ağalar Ağalarlı
Ordu.az