Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə DARPA-nın Elektron Vasitələrin Yenidən İstehsal Təşəbbüsü layihəsinin sədri Vill Çappel danışıb.
Onun sözlərinə görə, sözügedən vəsait əsasən yeni növ dronların, özü hərəkət edən maşınların, öz ətrafını tam dərəcədə görə bilən kameraların istehsalına xərclənəcək.
O, artıq bununla bağlı bəzi təkliflərin qəbul edildiyini və 23-25 iyul tarixlərində San Fransiskoda baş tutacaq sammitdə bu təkliflərin dəyərləndiriləcəyini bildirib.
Ağalar Ağalarlı
Ordu.az