“İstənilən düşməni məğlub edə bilərik” – Liberman

2018/07/F180131FFF56_1531823178.jpg
Oxunub: 3755     18:19     17 İyul 2018    
“İsrail Müdafiə Qüvvələri istənilən missiyaya hazırdır. Biz hər bir düşməni məğlub edə bilərik”.

Ordu.az “Jerusalem Post”a istinadən xəbər verir ki, bu fikirləri İsrail Müdafiə naziri Aviqdor Liberman səsləndirib.

Ölkənin cənubundakı hərbi təlimləri nəzərdən keçirən Liberman İsrail ordusunun döyüş hazırlığını yüksək qiymətləndirib və onun istənilən düşməni məğlub etməyə hazır olduğunu bildirib.

Ziyarət zamanı onu İMQ-nin Baş Qərargah rəisi Qadi Ayzenkot və Cənub Komandanlığının komandanı Herzi Halevi də müşayiət edib.

Qeyd edək ki, İMQ-nin 162-ci Zirehli Diviziyasının 401-ci Briqadası Qəzza şəhərinin ələ keçirilməsini simulyasiya edən təlimlər keçirir. Təlimin ayın 19-na qədər davam edəcəyi bildirilir.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   Liberman   Qəzza  


Bizi "telegram"da izləyin