Ordu.az xarici KİV-lərə istinadən xəbərt verir ki, bu barədə rəsmi açıqlama İsrail Müdafiə Nazirliyinin sözçüsü tərəfindən səsləndirilib.
O qeyd edib ki, son günlərdə Qəzzadan İsrailə ümumilikdə 200-ə qədər raket zərbəsi endirilib ki, İsrail ordusu da bu hücumlara cavab verməkdə bir sıra problemlərlə üzləşib.
Sözçünün açıqlamasına əsasən bu zərbələrdən sadəcə 20-sinin raketdən müdafiə sistemləri ilə zərərsizləşdirilməsi mümkün olub. Buna əsas səbəb kimi geniş miqyaslı artilleriya hücumuna cavab olaraq yetərli sayda hava hücumundan müdafiə batareyasının olmaması göstərilir.
Buna görə də paytaxt Təl-Əviv və ətraf bölgələrdə ümumilikdə 6-8 raketdən müdafiə batareyası quraşdırılacaq. Batareyaların bu il ərzində tam olaraq yerləşdirilməsi planlaşdırılır.
Dəyanət Ağalarlı
Ordu.az