Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Britaniya Kosmik Agentliyi məlumat yayıb.
Məlumata görə, bu layihə üçün “Lockheed Martin”ə 31 milyon dollar, “Orbex”ə isə 7 milyon dollar vəsait ayrılacaq.
“Lockheed” bu vəsaitdən Sutherlanda peyk göndərilməsi üçün sistemlərin istehsalı və özünün elan etdiyi ada əsasən “Kiçik Atış Orbital Manevr Vasitəsi”nin təkmilləşdirilməsi üçün istifadə edəcək.
Qeyd edək ki, Britaniya hökuməti hazırladığı proqramlara əsasən ölkənin kosmik sektorunu böyüdərək 2030-cu ilə qədər qlobal kosmik iqtisadiyyatının 10%-ni əlində cəmləməyi hədəfləyir.
Ağalar Ağalarlı
Ordu.az