Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın CNBC televiziyası məlumat yayıb.
Məlumata görə, sonuncu uğurlu sınaq ötən ay baş tutub və raket 800 kilometr məsafədə olan hədəfi vurub.
Rusiya Müdafiə Nazirliyinin rəsmi məlumatına görə, “Kinjal” raketi səsdən 10 dəfə daha sürətli hərəkət edə bilir. Bu o deməkdir ki, raket bütün mövcud raketdən müdafiə sistemlərinin sürətini qabaqlayır. Onun 2000 kilometr mənzilə malik olduğu bildirilir.
Hazırda Rusiyanın Cənub Hərb Dairəsində “Kinjal” raketlərinin əlavə edildiyi aviasiya bölmələri mövcuddur. Onun həm də Tu-22M3 strateji bombardmançılarına da uyğunlaşdırılması istiqamətində işlər görülür.
Ağalar Ağalarlı
Ordu.az