Ordu.az “Reuters”ə istinadən xəbər verir ki, müqavilədə 141 ədəd F-35-in daha aşağı qiymətə alınması nəzərdə tutulub.
Müqaviləyə əsasən həmin təyyarələrin hər biri 89 milyon dollara satılacaq. Bu isə ABŞ-la “Lockheed” arasında 2017-ci ilin fevralında razılaşdırılan məbləğdən təqribən 6% daha ucuzdur. Belə ki, həmin vaxt təyyarələrin qiyməti 94,3 milyon müəyyənləşdirilmişdi.
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp və bir sıra yüksək səlahiyyətli rəsmilər F-35 proqramını yüksək qiymətlərdən və gecikmələrdən dolayı tənqid ediblər.
Xatırladaq ki, Avstraliya, Danimarka, İsrail, İtaliya, Yaponiya, Niderland, Norveç, Türkiyə, Cənubi Koreya, Britaniya və Birləşmiş Ştatların “Lockheed”lə bağladığı ortaq müqaviləyə əsasən cari il ərzində ümumilikdə 135 qırıcı təyyarə alınacaq ki, bunların da çatdırılması 2020-ci ilə planlaşdırılıb.
Ağalar Ağalarlı
Ordu.az