Ərdoğan və Tramp arasında telefon danışığı baş tutub

2018/07/thumbs_b_c_c008b9b08c980dcd1d654b4573856b50_1531746028.jpg
Oxunub: 1720     21:01     16 İyul 2018    
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla onun ABŞ-dan olan həmkarı Donald Tramp arasında telefon danışığı olub.

Ordu.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə rəsmi açıqlama Türkiyə Prezident Administrasiyasından bildirilib.

Qeyd olunub ki, tərəflər telefon əlaqəsi zamanı Suriyanın Münbic bölgəsinin gələcək taleyi ilə bağlı məsələlər müzakirə edilib.

Bildirilir ki, hər iki prezident Münbiclə bağlı strateji yol xəritəsinin Suriya böhranının həllində oynayacağı əhəmiyyətli rolu vurğulayıblar.

NATO müttəfiqləri həmçinin ümumi maraqların və ikitərəfli münasibətlərin də qorunmasının əhəmiyyətindən danışıblar.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Türkiyə   Tramp-Ərdoğan  


Bizi "telegram"da izləyin