Ordu.az “Sputnik”ə istinadən xəbər verir ki, bu barədə Britaniya Müdafiə naziri Qavin Uilyamson bəyan edib.
Onun sözlərinə görə, proqram çərçivəsində 2025-ci ilə qədər Britaniyanın yeni qırıcı təyyarə istehsal etməsi planlaşdırılır.
Bu təyyarə həm pilotlu, həm də məsafədən idarə oluna biləcək. Proqramın məqsədi Britaniyanı aerokosmik müdafiə sənayesinin liderləri arasında yerini qorumaqdan ibarətdir.
Uilyamson bildirib ki, layihəni yerli və xarici konsorsiumlar həyata keçirəcək. Bunlar arasında “BAE Systems” və “Leonardo SpA” da var.
Ağalar Ağalarlı
Ordu.az