Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, Makron ABŞ prezidentinin NATO-ya üzv ölkələrin hərbi xərclərinin artırılması ilə bağlı tələblərini dəstəklədiyini qeyd edib.
Fransa prezidenti ölkəsinin NATO-nun hərbi xərclərlə bağlı 2 faiz standartını qarşılamasına rəğmən xərclərin bundan sonra da artırılacağını bildirib.
O qeyd edib ki, hazırda Fransanın 53 milyard dollar olan illik hərbi xərcləri qarşıdakı 6 il ərzində daha 50 faiz artırılaraq 80 milyarda çatdırılacaq.
Qeyd edək ki, Fransanın hazırkı hərbi xərclərinin onun ümumdaxili məhsuluna nisbəti 2,3 faiz təşkil edir ki, bu da Parisin 2 faiz NATO standartlarını qarşılayan 6 alyans üzvündən biri olmasına imkan verir.
Dəyanət Ağalarlı
Ordu.az