Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, döyüş atışlı təlimlər zamanı “USS Racine” desant gəmisi düşmən hədəflərinə yeni raketdən zərbə endirib.
Bu sınaqla sözügedən raket ilk dəfə olaraq nümayiş etdirilib. O, Norveçin “Kongsberg” və ABŞ-ın “Raytheon” şirkətləri tərəfindən birgə istehsal edilir.
Üfüqüstü gəmi əleyhinə raket olan NSM ABŞ ordusunun inventarında olan RGM-84 “Harpoon Block II” və “MBDA Exocet” raketlərini əvəzləyəcək.
Ağalar Ağalarlı
Ordu.az