Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi açıqlama Kremldən bildirilib.
Qeyd olunub ki, Fransa prezidenti sabah baş tutacaq dünya çempionatı final oyununu izləmək üçün Moskvaya gələcək. Səfərin rəsmi hissəsi olaraq isə Makron Rusiya prezidenti Vladimir Putin və bir sıra digər hökumət üzvləri ilə görüşəcək.
Makronla Putinin görüşündə NATO sammitinin nəticələri və Helsinkidə baş tutacaq Tramp-Putin görüşündən gözləntilərlə bağlı müzakirələr aparılacaq.
Dəyanət Ağalarlı
Ordu.az