Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, Uşakov görüşdən konkret nəticənin əldə edilməsinə ehtimalların az olduğunu bildirib.
“Müəyyən mövzularda irəliləyiş əldə edilə bilər. Məsələn Koreya yarımadasındakı vəziyyətlə bağlı tərəflər ortaq razılığa gələ bilərlər. Lakin Ukrayna və Suriya mövzularında, İranın nüvə məsələsində hər hansısa ciddi bir irəliləyiş gözləmək sadəlövhlük olardı. Qeyd etməliyəm ki, sammitdə üzərində dayanılacaq əsas mövzu Suriya böhranı olacaq”, - deyə məsləhətçi vurğulayıb.
Dəyanət Ağalarlı
Ordu.az