Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi açıqlama Suriya Müdafiə Nazirliyindən bildirilib.
Qeyd olunub ki, daha öncə Suriyadakı Rusiya Koordinasiya Mərkəzi ilə Azad Suriya Ordusu arasında qəbul edilən razılığa əsasən ikinci tərəf Deradakı mövqelərindən geri çəkilməyə davam edir.
Bildirilir ki, ən son olaraq ötən gün bölgənin şimalındakı strateji məntəqə olan İnkil şəhəri də Suriya Quru Qoşunlarına təhvil verilib.
Qeyd edək ki, ordu qüvvələri sözügedən şəhərə 2011-dən bu yana ilk dəfədir daxil olur.
Dəyanət Ağalarlı
Ordu.az