Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, politoloqun fikrincə Vaşinqton NATO-nu Avropa üzərində hegemonluğunu qorumaq üçün vasitə kimi gördüyünü bildirib.
O qeyd edib ki, hazırda ABŞ NATO-nun illik 2 milyard dollar həcmindəki büdcəsinin təkbaşına 22 faizini qarşılayır ki, bu ehtiyac da yuxarıda qeyd olunan səbəbdən doğur.
“1949-cu ildə alyans qurulandan bu yana ABŞ qurumun xərclərinin önəmli bir qismini öz üzərinə götürüb. Həmçinin hərbi xərclərinə görə də yerdə qalan 28 digər üzvün toplam maliyyə büdcəsini təxminən 4 dəfə üstələyir. Əlbəttə ki, bu pullar əbəs yerə xərclənmir. Vaşinqton bununla Avropa üzərindəki hərbi hegemonluğunu qorumaq məqsədi güdür”, - deyə Keyt Priston qeyd edib.
Dəyanət Ağalarlı
Ordu.az