Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, nazir bu barədə bu gün NATO-nun Brüssel sammitinin nəticələrini analiz edərkən bildirib.
O qeyd edib ki, NATO ilə Rusiyanın dialoq şəraitini davam etdirməyə ehtiyacı var.
“NATO Rusiyanın düşməni deyil. Baxmayaraq ki, bizim bir çox məsələdə fikirlərimiz üst-üstə düşmür, lakin bu, düşmənçilik üçün səbəb ola bilməz. Bu ana qədər dialoqlar vasitəsilə fərqli mövqelərdə olduğumuz bir çox məsələdə konsensusa gəlməyi bacarmışıq. Ona görə də müzakirələr bundan sonra da davam etdirilməlidir”, - deyə Le Drian vurğulayıb.
Dəyanət Ağalarlı
Ordu.az