Yaponiya Pentaqonun bəzi xərclərini öz üzərinə götürüb

2018/07/1458481425145454541_1530773598.jpg
Oxunub: 3047     14:56     05 İyul 2018    
Yaponiya müdafiə ləvazimatları, silah çatdırılmalarının sürətləndirilməsi və daha şəffaf həyata keçirilməsi məqsədilə Pentaqonun bəzi administrativ xərclərini öz üzərinə götürüb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu qərarla tərəflər arasında uzun müddətdir davam edən mübahisənin aradan qaldırılması planlaşdırılır.

Pentaqonun Xarici Hərbi Satışlar proqramından məsul qurumu Müdafiə və Təhlükəsizlik üzrə Əməkdaşlıq Agentliyi daha öncə Yaponiyanın ləvazimatların çatdırılma vaxtının qısaldılmasına dair istəyini rədd edib. Üstəlik ABŞ prezidenti Donald Tramp Tokioya daha çox silah almaq üçün təzyiqlərini davam etdirir.

Nəticə etibarilə tərəflər nəhayət kompromis əldə edə biliblər. Belə ki, çatdırılmanın sürətləndirilməsi üçün əlavə muzdlu işçilər götürüləcək ki, bunların xərclərini və digər bir sıra administrativ xərcləri Yaponiya qarşılayacaq.

Qeyd edək ki, Yaponiyanın Xarici Hərbi Satışlar çərçivəsində ABŞ-la olan müdafiə ticarətinin həcmi 3,71 milyard dollara çatıb. Bu rəqəm bir öncəki ildəkindən 7 dəfə çoxdur.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Yaponiya   ABŞ   pentaqon  


Bizi "telegram"da izləyin