Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, əməliyyatların hədəfi Azad Suriya Ordusu qüvvələri və “Həyat Təhrir Əş-Şam” terror qruplaşması olub.
Əməliyyatlarla bağlı Rusiya Müdafiə Nazirliyindən bildirilən məlumatda qeyd olunub ki, qırıcılar ümumilikdə 20-dən çox hədəfə zərbə endirib.
Qeyd edək ki, Deranın Təfas şəhərində həyata keçirilən əməliyyatlar nəticəsində həm ASO-nun, həm də terrorçuların ərazidəki mövqeyi ciddi şəkildə sarsılıb.
Dəyanət Ağalarlı
Ordu.az