Həftə ərzində 132 “Taliban”çı məhv edilib

2018/07/12951458142514584785_1530771472.jpg
Oxunub: 2757     14:20     05 İyul 2018    
Əfqanıstan təhlükəsizlik qüvvələri ölkənin bir neçə vilayətində paralel olaraq “Taliban” qiyamçılarına qarşı apardığı geniş miqyaslı hərbi əməliyyatlarını davam etdirir.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, Əfqanıstan Müdafiə Nazirliyi bu əməliyyatların ən son nəticələrinə dair məlumatları yayımlayıb.

Məlumata görə, həftə ərzində Əfqanıstan ordusu və digər təhlükəsizlik qüvvələri birlikdə olaraq ölkənin 34 vilayətindən 15-də olmaqla 10 hərbi əməliyyat, 89 gecə reydi həyata keçirib.

Bu əməliyyatlar nəticəsində ümumilikdə 132 qiyamçı məhv edilib, 28-i isə yaralanıb. Təkcə Uruzqanda endirilən aviazərbələr nəticəsində 37 qiyamçı məhv edilib, 24-ü isə yaralanıb.

Zərərsizləşdirilənlər arasında qiyamçıların orta səviyyəli komandanlıq strukturunun üzvlərinin də olduğu bildirilir.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Əfqanıstan   Taliban  


Bizi "telegram"da izləyin