Ordu.az TASS-a istinadən xəbər verir ki, bu barədə bir sıra anonim Serbiya mənbələrindən bildirilib.
Əldə edilən məlumata əsasən Serbiya hökuməti rəsmi Moskvaya S-300 PMU-2 raket sisteminin 2021-ci ilə qədər təhvil verilməsi ilə bağlı təklif göndərib.
300 km radiusda və 27 km yüksəklikdə istənilən hədəfi vurmaq qabiliyyətinə sahib bu sistemləri Serbiyanın almaq istəməsi ilə bağlı uzun zamandır xəbərlər yayılsa da, Belqrad hələ ki, məsələ ilə bağlı açıqlama verməyə tələsmir.
Qeyd edək ki, bu sistemlər indiyə qədər Azərbaycan, Əlcəzair, İran və Çinə satılıb.
Dəyanət Ağalarlı
Ordu.az