Ordu.az xəbər verir ki, Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi tədbirdə iştirak edib.
"Dialoq COP31 ərəfəsində okean-iqlim gündəliyi üzrə prioritetləri formalaşdırmağa kömək etmək məqsədilə ardıcıl COP Sədrliklərini və beynəlxalq tərəfdaşları bir araya gətirib", - M. Babayev bildirib.
Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi təsirləri regionun hüdudlarından çox kənara çıxan yeni bir iqlim prioriteti kimi diqqəti Xəzər dənizinə yönəldərək, okean və su ilə bağlı çağırışların iqlim gündəliyində daha qabarıq şəkildə öz əksini tapmasının təmin edilməsinin vacibliyini vurğulayıb:
"Beynəlxalq əməkdaşlığın dayanıqlığın gücləndirilməsinə və iqlim maliyyəsinə əlçatanlığın yaxşılaşdırılmasına necə kömək edə biləcəyini nümayiş etdirərək, həssas ölkələrə, o cümlədən İnkişaf etməkdə olan Kiçik Ada Dövlətləri üçün COP29 Sədrliyi və Millətlər Birliyi tərəfdaşlığı vasitəsilə praktiki dəstəyin göstərilməsinin vacibliyini də qeyd etdim".
Ordu.az