Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Yəmənin İnsan Hüquqları naziri Məhəmməd Əsgər bildirib.
O qeyd edib ki, Husi qiyamçıları müharibələr zamanı mülki vətəndaşların həyatına ciddi təhdidlər yaradırlar.
“Qiyamçı qüvvələr bəzən mülki əhalidən öz məqsədləri üçün istifadə edirlər. Bunun nəticəsidir ki, qarşıdurmaların başladığı 2014-cü ilin sentyabrından 2018-in mayına kimi husilərin açdığı atəş nəticəsində 814 qadın ölüb, 4179 qadın isə yaralanıb”, - deyə nazir vurğulayıb.
Qeyd edək ki, daha öncə Genuya konfransında Yəməndə mübarizə aparan tərəflər arasında mülki əhalinin təhlükəsizliyi ilə bağlı ümumi bir razılıq əldə edilib.
Dəyanət Ağalarlı
Ordu.az