TSQ Münbicdə patrul reydinin 9-cu mərhələsini keçirib

2018/07/54841014514_1530019289_1530767218.jpg
Oxunub: 3662     13:07     05 İyul 2018    
Türkiyə Silahlı Qüvvələri Münbici YPG/PKK terror təşkilatından təmizləmə fəaliyyətləri çərçivəsində bölgədə doqquzuncu dəfə patrul yürüşü keçirib.

Ordu.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, TSQ-yə məxsus zirehli vasitələr Suriyanın şimalında “Fərat Qalxanı” əməliyyatı bölgəsi daxilindəki Cerablus ilə Münbic cəbhə xəttindəki Sacu çayı ətrafında ABŞ-la koordinasiyalı olaraq doqquzuncu patrul reydini həyata keçirib.

Qeyd edək ki, reyd gəzintiləri 18 iyun tarixindən başlayıb və bir gün arayla keçirilir.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Münbic   Patrul  


Bizi "telegram"da izləyin