Ordu.az TASS-a istinadən xəbər verir ki, bu barədə kompaniyanın prezidenti Aleksey Raxmanov bildirib.
“Biz dənizlərdə aparıcı güclərin gəmiqayırma sahəsində əldə etdikləri nailiyyətləri yaxından izləyirik. Hazırda müasir aviadaşıyıcılarda istifadə edilə biləcək yeni havaya qalxma sistemi üzərində işlər gedir”, - deyə o bildirib.
Raxmanov yeni sistemin xüsusiyyətləri yaxud hazır olma proqramına dair detallı məlumat verə bilməyəcəyini əlavə edib.
Qeyd edək ki, daha öncəki məlumatlarda Rusiyanın aviadaşıyıcılar üçün elektromaqnit katapult sistemləri üzərində işləməyə başladığı bildirilib.
Ağalar Ağalarlı
Ordu.az