Rusiya donanması gələn il qabaqcıl freqat əldə edəcək

2018/07/41845415151_1530727091.jpg
Oxunub: 2757     01:56     05 İyul 2018    
Rusiya donanması 2019-cu ilin payızında 22350 saylı layihə çərçivəsində ikinci freqatı olan “Admiral Kasatonov”u əldə edəcək.

Ordu.az TASS-a istinadən xəbər verir ki, bu barədə gəminin istehsalçısı olan “United Shipbuilding Corporation” şirkətinin prezidenti Aleksey Rahmanov bəyan edib.

Onun sözlərinə görə, həmin seriyadan olan ikinci döyüş gəmisinin əvvəlcə bu il çatdırılması nəzərdə tutulurdu. Lakin birinci gəminin təhvil verilmə mərasiminin gecikməsindən dolayı növbəti gəminin bu ilə hazır olması mümkünsüz hala gəlib.

“Kasatonov”un öz sinfinə görə Rusiya donanmasının sahib olduğu ən qabaqcıl gəmi olacağı bildirilir. Belə ki, 4500 ton yük götürmə qabiliyyətinə malik gəminin maksimum sürəti 53 km/saatdır. O, “Oniks” və “Kalibr” raketləri, “Poliment-Redut” havadan müdafiə sistemləri ilə təchiz olunub.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Döyüş-gəmisi   Admiral-Kasatonov  


Bizi "telegram"da izləyin