NATO üzvləri Trampın çağırışlarını qulaqardı etsələr...

2018/07/1564512145842632655_1530727442.jpg
Oxunub: 3272     01:36     05 İyul 2018    
ABŞ prezidentinin qarşıdan gələn NATO sammiti çərçivəsində alyansa üzv dövlətlərin hərbi xərcləri ilə bağlı problemləri gündəmə gətirmək cəhdlərinə müttəfiqlərin necə münasibət göstərəcəyi hər kəsdə maraq oyadır.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, sammitin əsl diplomatik müharibə meydanı olacağı ehtimal olunur.

Belə ki, bir çox politoloqların fikrincə əgər Tramp sammitin gündəmini bu məsələyə çevirməyi bacarsa, onda bütün sammit boyu diktə edən tərəf olacaq.

Buna görə də hərbi xərclərlə ilə bağlı NATO tələblərini qarşılamayan dövlətlərin başçıları maksimum dərəcədə bu mövzunu arxa plana keçirməyə çalışacaqlar.

Məsələ ilə bağlı münasibət bildirən siyasi ekspert Piter Qalbreyt bildirib ki, problemli üzvlər bunu etməyi bacarsalar, onda Tramp bu oyunu birdəfəlik uduzmuş olacaq.

“Yox əgər Tramp sammitdə diktə edən tərəf olmağı bacarsa, onda Avropa üçün çox çətin bir dönəmə girmiş olacağıq. Ya Trampın çağırışlarını qulaqardı etməli olacaqlar, ya da tələblərini yerinə yetirəcəklər. Unutmayın ikinci variantda Avropa əhalisi bunun maliyyə təsirlərini öz üzərində hiss edəcək və öz hökumətlərinə təzyiqlər göstərəcək. Birincisini isə düşünmək belə qorxuludur. İlk variantı seçib Trampın çağırışlarını qulaq ardı edən tərəf özünü NATO-dan kənarda Rusiyanın caynaqları arasında tapacaq. Qısacası, xalqını fikirləşən hökumət başçıları bu tələblə razılaşacaq, öz iqtidarını fikirləşənlər isə Trampla mübahisələrini davam etdirəcək”, - deyə politoloq bildirib.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: NATO   Avropa   ABŞ   Siyasi-Ekspert  


Bizi "telegram"da izləyin