Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi açıqlama şirkətin hərbi uçuş aparatlarının istehsalı bölməsinin direktoru Kristin Hyuston tərəfindən bildirilib.
Açıqlamada qeyd olunub ki, bu əməkdaşlıq çərçivəsində şirkət ABŞ Hərbi Aviasiya Qüvvələri üçün 39 ədəd CMV-22B və 14 ədəd MV-22B helikopteri istehsal edəcək.
Həmçinin bildirilib ki, 4,2 milyard dollar dəyərində olan bu layihə uğurla tamamlanacağı təqdirdə şirkətlə Pentaqon arasında müqavilənin davamı olaraq CV-22B helikopterlərinin istehsalı üzrə də əməkdaşlıq həyata keçiriləcək.
Qeyd edək ki, "Osprey" sinfindən olan bütün bu helikopterlər əsasən ABŞ-ın Suriyadakı əməliyyatlarında istifadə olunur.
Dəyanət Ağalarlı
Ordu.az