Almaniya kəşfiyyatı: İran KQS-lərini inkişaf etdirməyə çalışır

2018/07/received_2078279539052008_1530721994.jpeg
Oxunub: 3348     00:32     05 İyul 2018    
Almaniya Kəşfiyyat Agentliyi İranın silah istehsalı ilə bağlı apardığı araşdırmanın nəticəsini elan edib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, hazırda İran müdafiə sənayesində qərbin ehtimal belə vermədiyi çox sayda effektiv silahlar istehsal olunur.

İran xüsusilə ballistik raket istehsalı ilə bağlı proqramlarını davam etdirir və bu silahlara həm İran ordusunun, həm də bir sıra gizli əməkdaşların tələbatı hiss olunur.

"Rəsmi Tehran qərbin ağlına belə gətirə bilməyəcəyi dərəcədə əhəmiyyətli silahlara sahibdir və həmçinin ölkə bu silahların bir sıra xarici dövlətlərə satışından da ciddi ölçüdə maliyyə əldə edir”, - deyə bəyanatda qeyd olunub.

Buna baxmayaraq agentlik hələ də İranın qərbdən, xüsusilə də ABŞ-dan müqayisə edilməyəcək dərəcədə geri qaldığını vurğulayıb: “Düzdür İran hazırda öz hərbi gücünə və müdafiə sənayesinə görə ABŞ və ümumilikdə qərbdən çox geri qalır, lakin unutmamaq lazımdır ki, hazırda Tehran bir sıra kütləvi qırğın sillahlarının və uzun mənzilli ballistik raketlərin inkişaf etdirilməsi üzərində işləyir. Bu isə Avropa üçün gələcək təhlükələrin carçısıdır”

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   KQS   Silah-İstehsalı  


Bizi "telegram"da izləyin