Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi məlumat Pentaqonun mətbuat xidmətindən bildirilib.
Xəbərdə qeyd olunub ki, növbəti il üçün ayrılacaq xərclərin önəmli bir hissəsi yüksək enerjili lazer sistemlərinin istehsalının və sınağının həyata keçirilməsi üçün istifadə olunacaq.
“Bu, ABŞ və dünya üçün bir ilk olacaq. İlk dəfə ABŞ-ın 2019-cu maliyyə ili üçün müəyyən etdiyi büdcədə istiqamətləndirilmiş enerji silahları prioritet olacaq. Biz bu sistemlərin istehsalına, inkişaf etdirilməsinə və eyni zamanda sınaqdan keçirilməsinə milyardlar xərcləyəcəyik. Bu gələcəyə yönəlmiş hərbi yanaşma tərzidir”, - deyə bəyanatda bildirilib.
Dəyanət Ağalarlı
Ordu.az