Ordu.az xəbər verir ki, bu barədə rəsmi məlumatı Türkiyə Müdafiə Nazirliyi yayıb.
Bəyanatda qeyd ounub ki, ROKETSAN tərəfindən istehsal olunan və inkişaf etdirilən sərbəst Mk-81 və Mk-82 seriyalı raketlərə inteqrasiya edilən “Teber” adlı yeni idarəetmə sistemi qeyd olunan bombaları ağıllı silahlar halına gətirir.
Bu ayın ortalarından etibarən şirkət bu sistemləri inteqrasiyaya hazır vəziyyətə gətirilmiş F-16 qırıcılarına və yuxarıda qeyd olunan raketlərə əlavə edilməsi məqsədilə Aviasiya Qüvvələrinə təhvil verəcək.
Qeyd edək ki, sistemlər 21-22 iyun tarixlərində sınaqdan keçirilib və ekspertlərin müsbət rəyini qazanıb.
Dəyanət Ağalarlı
Ordu.az