Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Çin Mərkəzi Hərbi Komissiyasına yaxın mənbə bildirib.
Adı açıqlanmayan mənbə əsas diqqəti Şərqi və Cənubi Çin dənizlərində, digər su ərazilərdə qonşu ölkələrlə ayrılmaya çəkir. Bunların başında isə Yaponiya gəlir.
Çin eyni zamanda Birləşmiş Ştatlarında okeanlarda olan üstünlüyünü ələ keçirmək istəyir. Lakin mənbənin sözlərinə görə, bunun üçün öncə Xalq Azadlıq Ordusunun komanda idarəetmə sistemində ciddi islahatlar aparılmalıdır. Eyni zamanda ordunun sayı azaldılmalıdır.
“Tarixdən əldə edilən dərslər göstərir ki, bir ölkənin güclü ordu qurması üçün say çoxluğu o qədər də əhəmiyyət daşımır. Məqsəd geniş olmaq deyil, güclü olmaq olmalıdır”, - deyə o bildirib.
Təsadüfi deyil ki, 2015-ci ildə Çin prezidenti Si Tsinpinq 2,3 milyon hərbi qulluqçusu olan XAO-nun tərkibinin 300 min nəfər azaldılmalı olduğunu bəyan edib.
Ağalar Ağalarlı
Ordu.az