Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, yeni dəyişikliklər nəticəsində piyadaların hazırlıq səviyyəsinin, xüsusilə piyada döyüş vasitələrindən istifadə bacarıqlarının artırılması planlaşdırılır.
Məsələ ilə bağlı açıqlama verən Piyada Birliklərin komandiri polkovnik Taunley Hedrik bildirib ki, yeni proqrama əsasən piyadaların hərbi təlim müddəti 14 həftədən 22 həftəyə çıxarılacaq. Eyni zamanda təlimlər dövründə həftəlik 40 saat aktiv müharibə simulyasiyaları aparılacaq.
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp seçilməzdən öncə ordu daxilindəki piyada qüvvələrin hazırlığından gileylənərək prezident olacağı təqdirdə bu problemin aradan qaldırılması məqsədilə addımlar atacağını bildirmişdi.
Dəyanət Ağalarlı
Ordu.az