Barzani: “PKK İKRH-nin ərazilərini Türkiyəyə hücum üçün istifadə edir”

2018/07/1894125814848714_1530708945.jpg
Oxunub: 1510     20:54     04 İyul 2018    
“PKK terrorçuları İraq Kürdüstan Regional Hökumətinin (İKRH) işğal etdiyi torpaqlarını Türkiyəyə hücumda baza kimi istifadə edir”.

Ordu.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu fikirləri İKRH-nin Baş naziri Nəçirvan Barzani səsləndirib.

Mətbuat konfransında jurnalistlərlə bir araya gələn Barzani TSQ-nin İKRH-nin sərhədləri daxilində həyata keçirdiyi əməliyyatla bağlı suala bu cavabı verib: “Əməliyyatın səbəbinin İKRH-nin sərhədləri daxilində meydana gəldiyini anlamaq lazımdır. Hər kəs bilməlidir ki, PKK İKRH-nin işğal etdiyi torpaqlarından Türkiyəyə hücum üçün istifadə edir. Türkiyəyə hücum edir və daha sonra həmin bölgəyə çəkilir. Ərazilərimizin Türkiyə, yaxud İrana qarşı istifadəsini qəbul etmirik. Xalq bilsin ki, edilənlər tək tərəfli deyil”.

Barzani dünən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığı həyata keçirdiyini və yaxın günlərdə Türkiyəyə səfər edə biləcəyini bildirib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: PKK   İraq   Türkiyə  


Bizi "telegram"da izləyin