“Orbital” şirkəti Pentaqon üçün 52 milyonluq layihəni həyata keçirəcək

2018/07/Снимок_1530708354.png
Oxunub: 1713     20:43     04 İyul 2018    
Şirkət ABŞ Donanması üçün gəmi əleyhinə raketlərin modernizasiyasını həyata keçirəcək.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi açıqlama şirkətdən bildirilib.

Qeyd olunub ki, əldə edilən razılığa əsasən şirkət donanma daxilindəki "GQM-163A Coyote" supersəs raketlərinin modernizasiyasını həyata keçirəcək.

Modernizasiya nəticəsində raketlər Çin və Rusiya istehsalı olan ən müasir gəmilərin belə radar sistemləri tərəfindən müəyyən edilmədən hədəfi tam dəqiqliklə vurmaq bacarığına sahib olacaq.

Qeyd edək ki, 2022-ci ildə yekunlaşacaq layihənin ümumi dəyəri 52 milyon dollardır.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Donanma   Raket   Modernizasiya  


Bizi "telegram"da izləyin