Ordu.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya XİN rəhbəri Sergey Lavrov bəyan edib.
Onun sözlərinə görə, görüş iki ölkənin prezidentləri Vladimir Putin və Donald Tramp arasında iyulun 16-da Helsinkidə həyata keçiriləcək sammitdən sonra baş tutacaq.
“Dünən Mayk Pompeo telefonla mənə proqramının çox gərgin olduğunu və sammitdən öncə görüşün mümkün olmayacağını bildirdi. Biz görüş tarixinin Helsinki sammitindən sonra dəqiqləşdirilməsinə razılaşdıq”, - deyə Lavrov bildirib.
Görüşdə Helsinki sammitində əldə edilən nəticələrlə yanaşı, Suriya, Ukrayna və digər münaqişə zonalarındakı vəziyyətin müzakirə edilməsi gözlənilir.
Ağalar Ağalarlı
Ordu.az