Ordu.az TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ Xarici İşlər Nazirliyinin mətbuat katibi Hezer Noyert bildirib.
“Biz vəziyyəti izləyirik. Burada yaşananlardan dərin narahatlıq hissi duyuruq. Hava hücumları davam edir, bəzi humanitar yardımlar dondurulub”, - deyə Noyert qeyd edib.
Onun sözlərinə görə, Rusiya ilə vəziyyət barəsində mütəmadi müzakirələr aparılır və bu barədə danışıqlarda İordaniya rəsmiləri də iştirak edir.
Qeyd edək ki, təqribən bir il öncə ABŞ, Rusiya və İordaniya, Suriyanın cənub-qərbində atəşkəsin elan edilməsinə razılıq verib.
Dəyanət Ağalarlı
Ordu.az