Çin yeni sabit qanadlı PUA-larını nümayiş etdirib

2018/07/189745145814848547_1530704600.jpg
Oxunub: 3672     19:44     04 İyul 2018    
Pekində artıq üçüncü gündür davam edən Çin Hərbi və Mülki İnteqrasiya sərgisində müxtəlif növ Çin istehsalı PUA-lar nümayiş etdirilir.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu PUA-lar arasında ölkənin ən yeni JY-2 sabit qanadlı dronu da var.

Bu PUA-nın xüsusiyyətləri arasında şaquli qalxma-enmə imkanı da var. JY-2 ilə yanaşı gəmi göyərtəsində istifadə edilə bilən və orta mənzilli olan JY-1 PUA-sı da sərgidə təqdim olunub.

Qeyd edək ki, bu il sayca altıncısı keçirilən Çin Hərbi və Mülki İnteqrasiya sərgisi iyulun 2-də başlayıb və bu gün yekunlaşacaq.



Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Çin   PUA   JY-2  


Bizi "telegram"da izləyin