“Global Firepower”: Dünyanın ən nəhəng orduları məlum olub

2018/07/36597865_2586902271535925_2413040621213188096_n_1530705060.jpg
Oxunub: 3872     19:24     04 İyul 2018    
“Global Firepower” araşdırma şirkəti dünyanın ən nəhəng ordularının siyahısını yayımlayıb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, statistikaya əsasən dövlətlərin sahib olduğu canlı qüvvənin say tərkibi ilə yanaşı onların ümumi hazırlıq səviyyəsi də müqayisə edilib.

Hesabatda qeyd olunub ki, Çin dünyanın ən böyük ordusuna sahib olsa da, hazırlıq səviyyəsi baxımından bu ordunu heç də lider qəbul etmək olmaz. 2,2 milyon aktiv hərbçinin fəaliyyət göstərdiyi orduda həm texniki təchizat, həm də hərbçilərin hazırlıq səviyyəsi qənaətbəxş səviyyədə deyil.

İkinci pillədə 1,7 milyonluq hərbçi sayı ilə Hindistan ordusu dayansa da, bu ordu da bir çox keyfiyyətlərinə görə dünya standartlarının altında qalır.

Kişilərin 10 il, qadınların isə 6 il icbari hərbi xidmət göstərməli olduğu KXDR-in sahib olduğu aktiv hərbçi sayı isə 1,5 milyondan çoxdur. Bu rəqəmə əsasən dünya 3-cüsü olan ordu daxilində ciddi problemlərin olması onu keyfiyyət baxımından dünyanın orta səviyyəli orduları sırasına endirir.

Tərkibindəki hərbi qüvvənin sayına görə 4-cü olan ABŞ ordusunda ümumilikdə 1,4 milyona qədər hərbçi xidmət göstərir. Ordunun hazırlıq səviyyəsi və sahib olduğu texniki təchizata görə isə şirkət ABŞ hərbi qüvvələrini dünya lideri kimi xarakterizə edib.

Siyahıda daha sonra isə uyğun olaraq Braziliya, Pakistan, İndoneziya, Rusiya, İsrail kimi dövlətlər gəlməkdədir.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Dünya-Orduları   Statistika  


Bizi "telegram"da izləyin