Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, 10 nəfərdən ibarət heyətin səfərinin məqsədi iki ölkənin ordusu arasında baş verə biləcək potensial qarşıdurmaları əvvəlcədən önləməkdir.
Heyətin Hindistan ordusu Baş Qərargah rəisinin müavini ilə görüşündə tərəflər iki ölkənin ordusu arasında sərhəd bölgələrində koordinasiyanı gücləndirməyə razılaşıblar.
İyulun altısına qədər Hindistanda olacaq nümayəndə heyəti daha sonra Hindistan ordusunun Şərq Komandanlığına baş çəkəcək.
Ağalar Ağalarlı
Ordu.az