Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi məlumat Pentaqonun Mətbuat şöbəsindən bildirilib.
Bəyanatda qeyd olunub ki, əldə edilən razılığa əsasən “Huntington Ingalls Inc” korporasiyası donanma daxilindəki “Arleigh” sinfindən olan “Fitzgerald” gəmisinin təmir və modernizasiya işlərini həyata keçirəcək.
Müqavilədə qeyd olunub ki, şirkət 2020-ci ilin yanvarında kimi işlərin tam həcmdə həyata keçiriləcəyi ilə bağlı üzərinə öhdəlik götürüb.
Qeyd edək ki, ümumi dəyəri 27,5 milyon dollar olan modernizasiya işləri nəticəsində gəmi raket sistemi ilə təchiz ediləcək və onun gövdə hissəsi tamamilə yenidən qurulacaq.
Dəyanət Ağalarlı
Ordu.az