“Taliban”ın hücumunda 10 əfqan əsgər həlak olub

2018/07/15846581410251458_1530700069.jpg
Oxunub: 3236     18:27     04 İyul 2018    
“Taliban” qiyamçılarının Əfqanıstanın paytaxtı Kabildə həyata keçirdiyi hücum nəticəsində azı 10 əsgər həlak olub.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Kabil polisinin mətbuat katibi Hasmatullah İstanikazi bildirib.

Onun sözlərinə görə, hücum Kabilin Sarobi bölgəsində baş verib. Təhlükəsizlik qüvvələrinin nəzarət postuna edilən hücum nəticəsində azı 10 əsgər həyatını itirib.

Təhlükəsizlik qüvvələrinin hücuma qarşılıq verməsi ilə qiyamçıların da xeyli itki verdiyi bildirilir. Bölgədə əməliyyat davam edir.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Əfqanıstan   Taliban  


Bizi "telegram"da izləyin