İran və Çin hərbi nümayəndə heyətləri Tehranda görüşüb

2018/07/548458484984_1530695016.jpg
Oxunub: 1544     17:11     04 İyul 2018    
İranda səfərdə olan Çin Müdafiə Nazirliyinin nümayəndə heyəti paytaxt Tehranda İran Quru Qoşunlarının rəsmiləri ilə bir araya gəlib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, çinli heyəti ilk olaraq İran ordusu Quru Qoşunlarının komandiri briqada generalı Xumars Heydəri qarşılayıb.

Çin nümayəndə heyətində Xalq Azadlıq Ordusunun Quru Qoşunları, Donanması və Hərbi Hava Qüvvələrindən ümumilikdə 16 rəsmi iştirak edir.

İranlı komandir görüş zamanı iki ölkənin orduları arasındakı uzun müddətli sıx əlaqələri yüksək qiymətləndirib və bu ölkələrin regional və beynəlxalq çərçivədə çox təsirli güc olduqlarını vurğulayıb.

Görüşdə tərəflər ölkələr arasında müdafiə-hərbi əməkdaşlığın yaxınlaşdırılması, hərbi təcrübələrin mübadiləsi, birgə təlimlər və s. məsələlər üzrə razılığa gəliblər.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Çin  


Bizi "telegram"da izləyin