Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, ABŞ Müdafiə Nazirliyinin yaydığı bəyanatda qeyd olunub.
“Əfqanıstanda Təhlükəsizlik və Stabilliyin Gücləndirilməsi” başlıqlı bəyanatda siyasi uzlaşmanın üstünlük verilən alternativ olmasına baxmayaraq, eyni zamanda Əfqanıstan qüvvələrinin qabiliyyətlərinin də daim artırıldığı qeyd olunub.
Pentaqon əsas hədəfin Əfqanıstanın nə vaxtsa yenidən terrorçu qrupların məskəni halına gəlməsinin qarşısının alınması olduğunu və bunun üçün Əfqanıstan ordusuna təlim, məsləhət və ləvazimat yardımının davam etdirildiyini bildirib.
Qeyd edək ki, ABŞ prezidenti Donald Trampın ötən ilin avqustunda elan etdiyi Cənubi Asiya strategiyasından sonra ABŞ Mərkəzi Komandanlığı Əfqanıstanda təhlükəsizlik üçün səyləri artırdığını elan edib.
Ağalar Ağalarlı
Ordu.az