Aİ hərbi sənayeyə 500 milyon avro ayıracaq

2018/07/4184581451458145814_1530689898.jpg
Oxunub: 2476     15:45     04 İyul 2018    
Avropa İttifaqının parlamenti Avropa hərbi sənayesi çərçivəsində əməkdaşlığın gücləndirilməsi məqsədilə 500 milyon dollar vəsait ayrılmasını qəbul edib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, 179 parlamentari Avropa Müdafiə Sənayesi İnkişaf Proqramının əleyhinə səs versə də, qanun 478 vəkilin lehinə səs verməsi ilə qəbul edilib.

Ayrılan büdcə Avropa İttifaqının müdafiə sahəsində asılılığını azaldacaq və yeni texnologiyaların təkmilləşdirilməsinə kömək edəcək.

Bundan sonra Avropa İttifaqı Nazirlər Şurasının oxunuşuna göndəriləcək olan qanun burada da təsdiqləndikdən sonra qüvvəyə minəcək.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Avropa-İttifaqı   Müdafiə-sənayesi  


Bizi "telegram"da izləyin