Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, Trampın etirazları şiddətinə və hədəfinə görə digərlərindən fərqlənir.
Donald Trampdan daha öncə Barak Obama və Corc Buş da NATO üzvlərinin ədalətsiz bir şəkildə hərbi xərclərini standartların altında saxlaması ilə bağlı bir çox bəyanat veriblər.
Barak Obama 2014-cü ildə Brüsseldə keçirilən NATO sammitində çıxışı zamanı bildirmişdi ki, əgər müttəfiqlər kollektiv müdafiə ilə bağlı öhdəlikləri üzərlərinə götürüblərsə, onda hər kəs bu öhdəliklərə əməl etməli və hərbi xərclərini lazımı səviyyəyə qədər artırmalıdır.
Bu çıxışdan 6 il öncə isə özünün son NATO sammitində başqa bir ABŞ prezidenti Corc Buş da məsələyə toxunmuş və təşkilat daxilində bu məsələ ilə bağlı ədalətsizlikdən gileylənmişdi.
Lakin hazırkı prezident Donald Trampa qədər heç kim bu qədər sərt şəkildə və seçilmiş kimsələrə ünvanlayaraq fikirlər səsləndirməyib. Ümumi olaraq etiraz çıxışları ediblər.
Bir sıra siyasi ekspertlər öncəki prezidentlərin bu mənada sadəcə populist davrandıqlarını və Trampın etdiyi kimi həqiqətən də problemin həllində maraqlı olmadıqlarını düşünürlər.
Hətta çoxları onun etdiyi bu çıxışların qarşıdakı illərdə öz nəticəsini verəcəyinə və alyans daxilindəki fərqlilikləri aradan qaldıracağına inanırlar.
Dəyanət Ağalarlı
Ordu.az