Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, dron donanmanın nəzarət və axtarış-xilasetmə əməliyyatlarında istifadə olunacaq.
Belçika donanmasının komandiri leytenant D. Biermansın sözlərinə görə, dron sınaqlarda yüksək qabiliyyət nümayiş etdirib. Dronun 30-dan çox gəminin göyərtəsinə enmə imkanı olduğu bildirilir.
Qeyd edək ki, dronun istehsalçısı olan Avstriya mərkəzli “Schiebel” kompaniyası yeni nəsil kəşfiyyat, nəzarət, axtarış dronları sahəsində qabaqcıl texnologiyaların istehsalı ilə fərqlənir.
Ağalar Ağalarlı
Ordu.az