Koalisiya qüvvələri Husi qiyamçılarına intensiv hücumlar ediblər

2018/07/148451402514581458_1530687719.jpg
Oxunub: 2534     14:53     04 İyul 2018    
Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya qüvvələri husilərin nəzarətindəki Sənaya aramsız zərbələr endirib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi məlumatı koalisiya qüvvələrinin sözcüsü Turki Əl-Maliki bildirib.

O qeyd edib ki, koalisiya qüvvələri iki qrup olaraq müxtəlif istiqamətlərdən Sənaya əməliyyatlar həyata keçirib.

“Birinci qrup havadan və qurudan Husi mövqelərini bombardman edərkən, paralel olaraq da BƏƏ qüvvələrinin çoxluq təşkil etdiyi digər bir qrup isə Hudeydə beynəlxalq hava limanını ələ keçirməyə cəhd edib. Hava limanını ələ keçirmək mümkün olmasa da, ümumi olaraq əməliyyatlar uğurlu keçib”, - deyə Əl-Maliki vurğulayıb.

Qeyd edək ki, qarşıdurmalar zamanı Husi qiyamçılarının 20-ə qədər üzvünün öldürüldüyü bildirilir.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Yəmən   Koalisiya-Qüvvələri   Husilər  


Bizi "telegram"da izləyin