Pentaqon və “Lockheed” arasında 754 milyonluq müqavilə imzalanıb

2018/07/14848514140251458475847_1530687995.jpg
Oxunub: 2368     14:41     04 İyul 2018    
ABŞ Quru Qoşunlarının inventarında olan çox sayda piyada döyüş maşınları modernizasiya ediləcək

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə tərəflər arasında razılıq ötən gün əldə edilib.

Müqaviləyə əsasən “Lockheed” Pentaqonun Quru Qoşunlarının tərkibindəki 200-ə qədər “Ratel” piyada döyüş maşınına radio siqnal qəbuledici sistemlərin inteqrasiyasını həyata keçirəcək.

Bildirilir ki, bu modernizasiya nəticəsində maşınlar kənar hücumlara qarşı daha güclü müdafiə bacarığı sərgiləyəcək.

Qeyd edək ki, layihənin ümumi dəyəri 754 milyon dollar təşkil edir.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Lockheed-Martin   Ratel  


Bizi "telegram"da izləyin