ABŞ HHQ yüngül hücum təyyarələrinin sınaqlarını dayandırıb

2018/07/56148948521425014584_1530684905.jpg
Oxunub: 3275     14:14     04 İyul 2018    
ABŞ Hərbi Hava Qüvvələri yeni əldə etdiyi iki yüngül hücum təyyarələrinin sınaq uçuşlarını ləğv etmə qərarı alıb.

Ordu.az “The Hill”ə istinadən xəbər verir ki, bu barədə ABŞ HHQ-nin rəsmisi general-leytenant Arnold Bunç bildirib.

Onun sözlərinə görə, qərarın qəbul edilməsinə səbəb iyunun 22-də baş verən qəza olub. Sınaq uçuşlarının ləğv edilməsinə baxmayaraq bu təyyarələrin əldə edilməsi prosesi dayandırılmayacaq.

Xatırladaq ki, iyunun 22-də baş tutan sınaq uçuşu zaman A-29 “Super Tucano” təyyarəsinin qəzaya uğraması nəticəsində iki pilot həlak olub.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Super-Tucano   ABŞ-HHQ   Qəza  


Bizi "telegram"da izləyin