Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi açıqlama qiyamçılara yaxın mənbələr tərəfindən bildirilib.
Mənbələrin sözlərinə görə, hazırda yerli istehsal olan “Badr-1”, “Qaher-1”, “Qaher-2” raketləri istifadəyə hazır vəziyyətdədir.
“Bu ballistik raketlər qısa mənzilli olub, koalisiya qüvvələrinin bütün mövqelərini vurmaq iqtidarına sahibdir. Artıq düşmən bizim nəzarət etdiyimiz bölgələrdə hava sərhədini pozmağa cəhd etməyəcək”, - deyə mənbə qeyd edib.
Dəyanət Ağalarlı
Ordu.az